Ukrayna Milli Bankı ölkə valyutasının dollara nisbətdə rəsmi məzənnəsini 25% azaldıb.
Buta.media-nın xəbərinə görə, hazırda ABŞ valıyutasının məzənnəsi 36,5886 qrivnaya çatdırılıb.
“Müharibə beş aya yaxındır ki, davam edir, bu müddət ərzində Ukrayna və dünya iqtisadiyyatında mühüm dəyişikliklər baş verib. Belə şəraitdə fevralın 24-də olan rəsmi qrivna məzənnəsi artıq reallığa uyğun gəlmir”, - deyə bankdan bildiriblər.
Ukrayna Milli Bankının məlumatında həmçinin qeyd edilir ki, bu addım Ukrayna istehsalçılarının rəqabət qabiliyyətliliyini artıracaq, müxtəlif biznes və əhali qrupları üçün məzənnə şərtlərini yaxınlaşdıracaq və müharibə şəraitində iqtisadiyyatın sabitliyini qoruyacaq.