Boris Conson parlamentlə Terminatorun sözləri ilə vidalaşdı - video

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson son çıxışında “Terminator” filmindən ifadə ilə parlament üzvləri ilə vidalaşıb.

Bu barədə Sky News telekanalı məlumat yayıb.

“Mən burada hər kəsə təşəkkür etmək istəyirəm. “Hasta la vista, baby” (“Görüşənədək, beybi” - red.)”, - deyə Conson yekunlaşdırıb. Onun bu sözlərindən sonra partiya üzvləri ayağa qalxaraq sabiq baş naziri alqışlayıblar. Müxalifət alqışlamadan oturmağa davam edib.

İyulun 7-də 2019-cu ildə Tereza Meyi əvəz edən Boris Conson baş nazir və Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ