Rusiya prezidenti Vladimir Putin iyulun 20-də Strateji Təşəbbüslər Agentliyinin “Yeni Zaman üçün Güclü İdeyalar” forumunda çıxışı zamanı öskürəyə görə üzr istəyib və bunu bir gün əvvəl Tehrana səfəri zamanı kondisionerlərin “gücl işləməsi” ilə izah edib. Onun sözlərini TASS sitat gətirir.
“Dünən Tehranda hava çox isti idi, 38 dərəcə isti var idi. Orada kondisioner güclü işləyirdi. Buna görə də üzr istəyirəm”, - deyə dövlət başçısı nitqinin əvvəlində öskürəkdən sonra bildirib.
İyulun 19-da Vladimir Putin İrana səfər edib, burada ikitərəfli danışıqların bir neçə raundu keçirib, həmçinin Astana üçlüyünün sammitində iştirak edib.
İyulun 15-də Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidentinin koronavirusa qarşı təkrar peyvənd edilməsi barədə məlumatının olmadığını bildirib.