Xamenei Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəklədi

Rusiya Prezidenti Vladimir Putin Tehrana rəsmi səfəri çərçivəsində İranın Ali rəhbəri Əli Xamenei ilə görüşüb.

Görüş zamanı Xamenei hazırda Ukraynada davam edən müharibəyə də toxunub.

“Müharibə münaqişələrin həll edilməsi üçün sərt vasitədir və İran heç bir halda sadə insanların üzərinə qoyulan çətinliklərin tərəfdarı deyil. Lakin Ukrayna ilə bağlı vəziyyətə gəldikdə, əgər siz (Rusiya – red.) vəziyyəti öz nəzarətiniz altına almasaydınız, digər tərəf öz təşəbbüsləri ilə müharibənin başlamasına səbəb olardı”, - deyə Xamanei söyləyib. 

Onun sözlərinə görə, Qərb qüvvələri güclü və müstəqil Rusiyanın mövcudluğuna qarşıdırlar.

Xatırladaq ki, Rusiya fevralın 24-ü Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ