Suriya Ukrayna ilə diplomatik əlaqələri kəsdi

Kiyevin analoji hərəkətlərinə cavab olaraq Suriya Ukrayna ilə diplomatik əlaqələri kəsib.

Bu barədə Suriya Ərəb Respublikasının (SAR) Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən SANA agentliyi məlumat yayıb.

Ukrayna tərəfi iyunun sonunda diplomatik münasibətlərin kəsilməsi ilə bağlı qərar barədə Dəməşqə məlumat verib, buna səbəb SAR tərəfindən qondarma Donetsk və Luqansk Xalq Respublikalarının (“DXR” və “LXR”) suverenliyinin tanınması olub. Bundan sonra Kiyev Suriyaya qarşı ticarət embarqosu və sanksiyalar tətbiq edəcəyinə söz verib.

Xatırladaq ki, daha əvvəl Suriya Xarici İşlər Nazirliyi ölkənin “DXR” və “LXR”nin müstəqilliyini tanımağa qərar verdiyini açıqlamışdı. Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin “DXR” və “LXR”nin tanınması haqqında fərman imzalayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ