Ukraynada baş verənləri böyük faciədir - Putin

Rusiya Federasiyasının prezidenti Ukraynada baş verənləri böyük faciə adlandırıb, lakin vurğulayıb ki, “Qərbin davranışı bizə (Rusiyaya – red.) başqa çıxış yolu qoymayıb”.

Bu barədə o, Tehranda İranın dini lideri Əli Xamenei ilə görüşdə deyib.

Vladimir Putin qeyd edib ki, bəzi Avropa ölkələri Ukraynanın Avroatlantik inteqrasiyasına qarşı çıxıb, lakin ABŞ-ın təzyiqi ilə mövqelərini dəyişiblər ki, bu da onların suverenlik və müstəqilliklərinin olmamasından xəbər verir.

RF prezidenti həmçinin qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar Qərbin özünə ziyan vurur və bu, digər amillərlə yanaşı, neftin qiymətinin artması və ərzaq böhranı ilə nəticələnir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ