Rusiyaya heç vaxt “Bayraktar” satılmayacaq - AÇIQLAMA

“BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar bəyan edib ki, Rusiyaya heç vaxt “Bayraktar” satılmayacaq.

Buta.media-nın xəbərinə görə, o bu barədə “CNN International”a müsahibəsində  deyib.

Jurnalistin ““Baykar” Rusiyaya “Bayraktar TB2” satarmı?” sualını cavablandıran şirkət rəhbəri bildirib:

“Heç vaxt belə bir şey etmərik. Çünki biz Ukraynanın suverenlik və müstəqillik uğrunda müqavimətini dəstəkləyirik”.

Haluk Bayraktar onu da bildirib ki, şirkət Ukraynaya PUA-ları ödənişsiz təqdim edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ