Rusiya Ukraynanın daha bir şəhərini işğal etdi

Rusiya qoşunları Donetsk vilayətinin Seversk şəhəri üzərində nəzarəti ələ keçirdiklərini, eləcə də şəhərin ətrafında döyüşlərin aparıldığını elan ediblər.

Öz növbəsində yerli hərbi administrasiyanın rəhbəri Aleksey Vorobyov Ukrayna KİV-nə müsahibəsində qeyd edib ki, şəhər hələ də Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.

“Hamısı yalandır. Oraya bu saatlarda çörək çatdırmağa getmişdim. Hər şey Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir. Seversk Ukraynadır”, - deyə o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ