Böyük Britaniyanın istefa vermiş baş naziri Boris Conson “Eurofighter Typhoon” qırıcısını idarə edib. O, uçuş zamanı havada yanacaq doldurma prosesini əks etdirən video çəkib.
Bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşr qeyd edib ki, belə bir qırıcının qiyməti ayda 75 milyon funt sterlinq təşkil edir. Uçuş siyasətçinin keçən həftə Linkolnşirdəki Kral HHQ-nin “Konqsqbi” bazasına səfəri zamanı baş verib.
Xatırladaq ki, iyulun 7-də 2019-cu ildə Tereza Meyi əvəzləyən Boris Conson baş nazir postundan istefa verdiyini açıqlayıb. Qərar onun himayədarı, Mühafizəkarlar Partiyasının parlament fraksiyasının koordinator müavini Kris Pinçer tərəfindən sərxoş halda təqib edilməsi nəticəsində yaranan seks qalmaqalı ilə bağlıdır. Conson artıq mühafizəkarların rəhbəri və baş nazir postuna namizədlərdən heç birini açıq şəkildə dəstəkləməyəcəyini vurğulayıb, lakin istənilən halda gələcək varisə kömək edəcəyinə söz verib.