“Ukraynadakı xüsusi hərbi əməliyyat” bütün hədəflərə çatdıqdan sonra bitəcək.
Bu sözləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov müharibənin başa çatdırılması ilə bağlı sualı cavablandırarkən deyib.
Prezidentin mətbuat katibinin sözlərinə görə, dəqiq vaxt çərçivəsi yoxdur. “Əsas məsələ bu əməliyyatın səmərəliliyidir”, - Peskov vurğulayıb.
Daha əvvəl Kremlin sözçüsü bildirib ki, Ukrayna ilə danışıqların bərpası müzakirə olunmur. Bundan başqa, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında son danışıqlar zamanı bu məsələ müzakirə edilməyib.