Zelenski Medvedevə cavab verdi

Prezident Volodimir Zelenski Krıma zərbə endirəcəyi təqdirdə Ukraynanı “qiyamət günü” ilə hədələyən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin hədə-qorxusunu qəbul etmədiyini bildirib. Bu barədə Zelenski axşam videomüraciəti zamanı deyib.

“Bu gün Rusiyadan Ukraynanın “qiyamət günü” ilə bağlı daha bir bəyanat verildi. Təbii ki, heç kim belə hədə-qorxunu qəbul etməyəcək.

Lakin baxın, bunu bu gün Rusiyanın Ukrayna Donbası üzərində səmada Malayziya “Boing”ini vurmasının növbəti ildönümündə söyləmək nə qədər abırsızdır”, - deyə Ukrayna prezidenti bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya elə həmin zaman terrorçu dövlət statusuna və xüsusi tribunala doğru irəliləyirdi ki, bu da “Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı mütləq baş verəcək”.

“Bu, Rusiya üçün qiyamət günü olacaq. Həm də məcazi mənada deyil, sözün əsl mənasında”, - Zelenski əminliklə vurğulayıb.

Qeyd edək ki, bazar günü Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Krıma zərbə endirəcəyi təqdirdə Ukraynanı “qiyamət günü” ilə hədələyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ