Sindzo Abenin qətlinin yeni təfərrüatı məlum olub

Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin qatili 41 yaşlı Tetsuya Yamaqami hücumdan bir müddət əvvəl öz planlarına işarə edən məktub yazıb.

Bu barədə Yomiuri qəzeti məlumat yayıb.

Nəşrin mənbəsi qətlin yeni təfərrüatını açıqlayıb. Belə ki,  hadisədən bir müddət sonra Yamaqaminin ailəsinin düşdüyü maliyyə böhranında günahlandırdığı “Birlik Kilsəsini” tənqid edən şəxs bu məktubu öz poçt qutusunda tapıb.

Zərfin üzərində göndərənin adı olmasa da, mətndə Yamaqaminin anası ilə “Birlik Kilsəsi” arasında bağlanmış müqavilə və qatilin adı və ünvanı yazılmışdı. Mətndə Yamaqami Abeni günahkar hesab etmədiyini yazıb. Eyni zamanda o, etiraf edib ki, siyasətçi guya onun ailəsinin problemlərlə üzləşməsinə səbəb olan  dini quruma rəğbət bəsləyir.

Qeyd edək ki, Sindzo Abeyə hücum iyulun 8-də səhər saatlarında Yaponiyanın Nara şəhərində keçirilən seçkiqabağı kampaniya zamanı baş verib.

Yaponiya Özünümüdafiə Qüvvələrinin keçmiş dənizçisi Yamaqami siyasətçiyə arxadan yaxınlaşaraq ona atəş açıb.

Sindzo Abe iki dəfə Yaponiyanın baş naziri olub: 2006-2007 və 2012-2020-ci illərdə.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ