Avropada istilər səbəbindən 600-ə yaxın insan ölüb

İspaniyada təxminən bir həftə davam edən istilər səbəbindən 360 nəfər ölüb, Reuters Karlos Dövlət Sağlamlıq İnstitutunun məlumatlarına istinadən xəbər verir.

İspaniyada havanın temperaturu 45,7 dərəcəyə çatıb. Qonşu Portuqaliyada bir neçə gün ərzində temperatur 40 dərəcəyə çatıb. Portuqaliyanın Səhiyyə Nazirliyi iyulun 7-dən 13-dək anomal istilərdən 238 nəfərin həyatını itirdiyini, onların əksəriyyətinin qocalar olduğunu bildirib.

Portuqaliya, İspaniya və Fransada baş verən meşə yanğınları minlərlə insanı evlərini tərk etməyə məcbur edib. İspaniyanın Malaqa əyalətində 3000-dən çox insan təxliyə edilib. Fransada meşə yanğınlarının sahəsi sutka ərzində dörddə bir artaraq 10 min hektara çatan Gironde bölgəsindən 12 200 nəfər təxliyə edilib.

Böyük Britaniyada iyulun 15-də ilk dəfə olaraq proqnozlaşdırılan istilər səbəbindən sakinlər üçün maksimum - qırmızı - həyəcan səviyyəsi elan edilib. BBC News xəbər verir ki, sinoptiklərin məlumatına görə, iyulun 18-i və 19-da London, Mançester və Yorkun daxil olduğu ərazidə havanın temperaturu 40 dərəcəyə qədər yüksələcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ