Donbasda separatçıların əsir götürdüyü britaniyalı öldü

Donbasda separatçılara əsir düşən britaniyalı muzdlu döyüşçü Pol Conson Entoni Dominik Uri vəfat edib.

Bu barədə qondarma “DXR”in ombudsmeni Darya Morozova məlumat yayıb.

Qeyd edilir ki, Pol Uri bir neçə xroniki xəstəlikdən, o cümlədən şəkər diabetindən əziyyət çəkirdi.

Onun iyulun 10-da dünyasını dəyişdiyi bildirilir.

Xatırladaq ki, rusiyalı hərbçilər aprelin sonlarında Ukraynanın Zaporojye vilayətində 45 yaşlı Pol Uri ilə birlikdə 22 yaşlı Dilan Xilini də əsir götürüblər. Onlar özlərini insanların təxliyəsi ilə məşğul olan “Presidium Network” şirkətini əməkdaşları kimi təqdim ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ