Estoniyanın baş naziri Kaja Kallas rəhbərlik etdiyi Nazirlər Kabinetinin istefa verdiyini açıqlayıb.
Bu barədə ERR dövlət teleradio şirkəti məlumat yayıb.
Bildirilir ki, hökumət başçısı məruzə ilə çıxış edəcək və yeni kabinetin formalaşdırılması prinsiplərini açıqlayacaq. Belə bir təkliflə ona ölkə prezidenti Alar Karis müraciət edib.
“Lakin baş nazir bu səlahiyyəti parlament deputatlarının əksəriyyəti səsini qazansa alacaq”, - deyə məlumatda vurğulanır.
Xatırladaq ki, daha əvvəl baş nazir öz xahişi ilə istefa vermək qərarını rəsmən açıqlayıb. Bundan sonra o, yenidən ölkə hökumətinə başçılıq etməyə hazır olduğunu bəyan edib.