Rusiya Ukraynanın Vinnitsa şəhərinə raket atdi: 20 ölü, 100 yaralı - Foto

Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitsa şəhərini raket atəşinə tutması nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər ölüb, 100-ə yaxın sakin yaralanıb. 

Bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb. 

Məlumata görə, Vinnitsa Regional Prokurorluğunun rəhbərliyi altında “qəsdən adam öldürmə”, “müharibə qanunlarının və adətlərinin pozulması” maddələri  üzrə cinayət işi başlayıb. 

Bildirilib ki, Rusiya şəhərə “Kalibr” raketləri atıb.

14:08

Rusiya Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirib.

Raketlər ofis binasına düşsə də, yaşayış evlərinə də zərər dəyib.

Hadisə nəticəsində 12 nəfər həlak olub, daha 30 nəfər isə yaralanıb.

Bununla yanaşı, 25 avtomobilin yandığı da bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ