Timsah 14 yaşlı qızı dostlarının gözü önündə parçaladı

İndoneziyada timsah dostları ilə gəzən qızı öldürüb. Bu barədə “The Sun” məlumat yayıb.

Riau əyalətindən olan 14 yaşlı İntan Maria Sari başqa uşaqlarla birgə paltar yumaq üçün çaya gedib. Qızın tanışlarından biri bildirib ki, Sari üzmək qərarına gəlib və çaya girib. Bir saniyə sonra o köməyə çağırmağa başlayıb və dərhal dostlarının gözü qarşısında yenidən suyun altında itib.

Qızın dostları böyükləri çağırmağa başla başlayıblar. Hadisə yerinə gələn polis əməliyyat-axtarış tədbirlərinə başlayıb. Sarinin cəsədi bir gün sonra, hücum yerindən bir kilometr aralıda aşkar edilib. 

Hüquq-mühafizə orqanlarının mətbuat xidmətinin sözçüsü, müfəttiş Aipda, qeyd edib ki, Sarinin bel nahiyəsində timsah dişləməsinin izləri var.

Hadisədən sonra yerli hakimiyyət çayda çimməyi qadağan edib, sahillərdə xəbərdarlıq lövhələri quraşdırılıb.

İndoneziya ərazisində iri və son dərəcə təhlükəli timsahlar da daxil olmaqla 14 növü timsah var. Bu sürünənlərin uzunluğu beş metrdən çox ola bilər və həm şirin, həm də duzlu suda yaşaya bilirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ