Aİ-nin yeni sanksiyalar paketinə təbii qaz tədarükü ilə bağlı məhdudiyyətlər olmayacaq

“Aİ-nin Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinə Rusiya təbii qazının tədarükünə məhdudiyyətlər daxil edilməyəcək”.

Bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.

Onun sözlərinə görə, Aİ-yə üzv olan ölkələrin əksəriyyəti Rusiyadan təbii qazın tədarükündən imtina edilməsinə tez bir zamanda uyğunlaşa bilməyəcək.

O, yeddinci sanksiyalar paketinin hazırlandığı barədə məlumat verib.

P.Fiala həmçinin bildirib ki, çexiyalılar Rusiyanın enerji resursundan asılılığı azaltmaq üçün əllərindən gələni edirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ