Rus aparıcı Qarabağda qətliam törədən ermənini efirdən qovdu - VİDEO

Rusiyalı aparıcı Vladimir Solovyov Dağlıq Qarabağda azərbaycanlılara qarşı döyüşən ermənini canlı yayımdan qovub.
 
Buta.media xəbər verir ki, qalmaqallı hadisə Rusiyanın “Rossiya 1” televeziyasında yayımlanan “Kim qarşıdır?” verilişində yaşanıb.

 

Emosional dialoq zamanı “ekspert” Araik Stepanyan və jurnalist Qreq Vayner arasında gərginlik yaşanıb.
 
Onlar efirə yaraşmayan təhqiramiz ifadələr işlədərək, bir-birinin üzərinə su töküb. 
 
Sonda iş o həddə çatıb ki, tok-şou iştirakçıları yumruqları işə salmağa üstünlük veriblər.
 
Solovyov vaxtında özünü yetirərək, tərəfləri sakitləşdirib və onların studiyanı tərk etməsini tələb edib.  
 
Qeyd edək ki, Stepanyan Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşüb. Həmin vaxt qardaşları Barat və Qaqik də ona yaxından köməklik edib. Qaqik 1994-cü ildə azərbaycanlılarla döyüş zamanı öldürülüb. Baqratın taleyi barədə isə hələ də məlumat yoxdur. Efirdən qovulan Araik Qarabağda müharibə bitdikdən sonra Sankt-Peterburqa gedib.
 
Qardaşların qaranlıq keçmişi barədə dərc olunan məlumatlarda onların Sovet hərbi bazalarına hücumu da yer alıb. Həmçinin qardaşlar yüzlərlə dinc azərbaycanlının qatili kimi taxirə düşüblər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

XƏBƏR LENTİ