Ukraynada Britaniya ZTR-ləri görüntüləndi - foto

Ukraynalı hərbçilər Baxmut rayonuna Britaniya istehsalı olan “FV103 Spartan” zirehli transportyorlarını yerləşdiriblər.

ZTR-lər “KrAZ 6446” texnikası vasitəsi ilə təyinat nöqtəsinə çatdırılır. 

Qeyd edilir ki, Britaniya ümumilikdə Ukraynaya 35 belə “FV103” Zirehli transportyoru verib.

“FV103” 1978-ci ildən Böyük Britaniya ordusunun silahlanmasına daxil edilib. ZTR 60 millimetrlik alüminium zirehinə və 195 at gücündə mühərrikə malikdir. ZTR-in arsenalına pulemyot və tüstü qumbaraatanları daxildir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ