ÜST üçüncü cinsi rəsmi şəkildə tanımağa hazırlaşır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “genderin kişi və ya qadınlarla məhdudlaşmadığını” bəyan etmək üçün gender əsaslandırma təlimatını yeniləməyə hazırlaşır.

Qeyd edilir ki, ÜST “gender, sağlamlıq və inkişaf sahəsində konseptual tərəqqi” ilə əlaqədar səhiyyə rəhbərləri üçün təlimatı yeniləməyi qərara alıb.

Yeni təlimat “genderlə bağlı əsas anlayışları” yeniləyəcək, həmçinin ÜST “gender və cinsi müxtəlifliyi tanımaq üçün gender və sağlamlıqla bağlı ikili yanaşmalardan kənara çıxmağı və ya gender kimliyinin kontinuumda mövcud olması və genderin kişi və ya qadınla məhdudlaşmaması anlayışını” təlimata daxil etməyi planlaşdırır.

Ötən ilin iyulunda məlum olub ki, Argentina hökuməti özünü nə qadın, nə də kişi hesab edən vətəndaşlara pasportun “gender” hissəsində “X” nişanının qoyulmasına icazə verib.

Bu təşəbbüsün məqsədinin özünü qadın və ya kişi kimi qəbul etməyən insanlara gender kimliyi hüququnu təmin etmək olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ