İran Rusiyaya PUA-lar yollayır

Rusiya Ukraynadakı müharibədə istifadə etmək üçün İrandan yüzlərlə pilotsuz uçuş aparatı istəyib.

Bu barədə məlumatı “Associated Press” agentliyi yayıb. 

Agentlik yazır ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın sözlərinə görə, İranın Rusiyaya hansısa PUA göndərməsi hələ ki məlum deyil.

“Bizdə olan məlumata görə, İran rəhbərliyi Rusiyaya bir neçə yüzə qədər PUA göndərməyə hazırlaşır. Bunlar sırasında silah daşıya bilən aparatlar da var”, - deyə Sallivan söyləyib.

İran XİN-in rəsmi nümayəndəsi Naser Kanaani ABŞ tərəfinin bu iddialarına münasibət bildirib. Onun sözlərinə görə, ABŞ rəhbərliyinin sözügedən məsələ ilə bağlı açıqlaması həqiqətə uyğun deyil. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ