Noyabrda dünya əhalisi 8 milyarda çatacaq — BMT

2022-ci il noyabrın 15-də dünya əhalisi 8 milyar nəfərə çatacaq. “İnterfaks” xəbər verir ki, bu barədə BMT-nin 11 iyul Ümumdünya Əhali Günündə dərc olunmuş “World Population Prospects 2022” hesabatında deyilir.

Hesabatda o da qeyd olunur ki, 2023-cü ildə Hindistan dünyanın ən çox əhalisi olan ölkəyə çevriləcək.

BMT-nin baş katibi Antonio Quterreş hesabatı şərh edərkən bildirib ki, səhiyyə sahəsində irəliləyişlər insan ömrününuzanmasına, uşaq və ana ölümlərinin azalmasına səbəb olub.

Sənədə görə, hazırda dünya əhalisi 1950-ci illərdən bəri ən yavaş artımı yaşayır. Bir çox ölkələrdə son onilliklərdə doğum nisbəti əhəmiyyətli dərəcədə aşağı düşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ