Litva Kalininqrada malların tranzitinə məhdudiyyətləri genişləndirib

Litva öz ərazisindən Kalininqrada malların tranzitinə məhdudiyyətləri genişləndirmək qərarına gəlib.

Bu barədə Reuters yazır.

Söhbət beton, taxta, spirt və spirt tərkibli sənaye kimyəvi mallardan gedir. Bundan sonra bu malların Litva ərazisindən tranzitlə daşınması qadağandır.

İyunun 18-də Litva Dəmir Yolları Kalininqrad Dəmir Yollarını Aİ sanksiyalarına məruz qalan bir sıra malların tranzitinin dayandırılması barədə xəbərdar edib. Kalininqrad vilayətinin qubernatoru Anton Alixanovun sözlərinə görə, ümumilikdə bütün yüklərin 40-50%-nə qadağa altına düşüb. Qadağa kömür, metallar, sement, ağac, tikinti materialları və yüksək texnologiya məhsullarına şamil edilib. Avqust ayında neft məhsullarının tədarükünə məhdudiyyətlər tətbiq oluna bilər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ