Yeni “Moskviç”-in fotoları yayımlandı

“Moskviç” zavodu yeni “təxmini model çeşidi”nin fotoşəkillərindən ibarət stendlər nümayiş etdirib.

Jurnalistlər təqdim olunan dörd avtomobil modelində Çin istehsalçısı JAC-ın avtomobillərini tanıyıblar.

Rusiyanın Ukraynaya təcavüzündən və Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra Fransanın avtomobil istehsalçısı Renault Rusiyadakı aktivlərini - AvtoVAZ konserni və Moskva Avtomobil Zavodunun səhmlərinin 67,69%-ni dövlətə pulsuz keçirib.

Moskva hakimiyyəti avtomobil zavoduna “Moskviç” adını qaytarıb və orada “Kamaz”ın iştirakı ilə eyni markalı avtomobillər istehsal etmək planlarını açıqlayıb.

“Moskviç” avtomobil zavodunun yeni modellərinin təqdimatında gələcək avtomobillərin əsli yox, yalnız mümkün görünüşü göstərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ