G20 ölkələrinin XİN rəhbərləri Lavrovla birgə foto və nahardan imtina etdilər

G20 ölkələrinin xarici işlər nazirləri Balidə (İndoneziya) keçirilən görüşdə ənənəvi qrup şəkli çəkdirməkdən imtina ediblər.

Bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

Nəşr bildirir ki, ABŞ dövlət katibi Entoni Blinken və digər Qərb diplomatları Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə çəkilişə görə bu addımı atıblar. 

İndoneziyanın xarici işlər naziri Retno Marsudi daha əvvəl bildirib ki, iyulun 7-də G7 ölkələrinin nümayəndələri Lavrovun iştirakı ilə naharda iştirakdan imtina ediblər. 

Reuters qeyd edir ki, Sergey Lavrov Baliyə səfəri zamanı İndoneziya xarici işlər naziri ilə şəkil çəkdirəndə “Müharibəni nə vaxt dayandıracaqsınız?!” və “Niyə müharibəni dayandırmırsınız?!” kimi şüarlar səslənib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ