Sindzo Abe öldü - VİDEO

Yaponiyanın keçmiş baş naziri Sindzo Abe sonra xəstəxanada ölüb, həkimlər bir neçə saat onun həyatı üçün mübarizə aparıblar.

Bu barədə Fuji News Network efirində məlumat verib.

09:57

Yaponiyanın keçmiş baş naziri Sindzo Abe Nara şəhərində mitinqdə çıxış edərkən yaralanıb.

Xilasetmə xidməti bildirib ki, 67 yaşlı siyasətçi “həyat əlaməti olmadan” helikopterlə xəstəxanaya aparılıb.

Tokionun keçmiş qubernatoru Yoiçi Masuzoe Abenin ürəyinin dayandığını bildirib. 

Sui-qəsd cəhdində şübhəli bilinən şəxs saxlanılıb (saxlanma anı yəqin ki, fotoqraflar tərəfindən lentə alınıb). NHK yazır ki, şübhəli şəxs 41 yaşlı Tetsuya Yamaqami adlı Nara sakinidir (digər mənbələr onun 42 yaşında olduğunu bildirir). NHK mənbələrinin məlumatına görə, o, hücumda “ev istehsalı” odlu silahdan istifadə edib.

Abenin arxasından gələn yüksək səsdən sonra ətrafdakıların çoxu əyilib, siyasətçinin özü isə ayaq üstə qalıb. Hadisə şahidlərinin sözlərinə görə, ikinci güllədən sonra o, yıxılıb.

“The New York Times” yazır ki, Yaponiyada Abeyə qarşı sui-qəsd cəhdindən sonra bütün kampaniya tədbirləri dayandırılıb.

Sindzo Abe 2006-2007-ci illərdə Yaponiya hökumətinə rəhbərlik edib (o zaman o, müharibədən sonrakı dövrdə ölkənin ən gənc baş naziri olub), daha sonra 2012-ci ildən 2020-ci ilə kimi vəzifədə qaldığı günlərin sayına görə lider olub. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ