Boris Conson hökumətini 30-dan çox vəzifəli tərk etdi

 

Böyük Britaniyada 30-dan çox adam hökumət vəzifələrindən istefa verib.

“Sky News”un tərtib etdiyi vəzifələrindən getməyə qərar verənlərin siyahısına həm nazirlik və idarə rəhbərləri, həm də parlament katibləri – hökumətin üzvü sayılmayan, lakin onun işində iştirak edən deputatlar da daxil olmaqla 34 nəfər daxildir.

İstefalar dalğası iyulun 5-də axşam saatlarında səhiyyə naziri Sacid Cavid və xəzinə kansleri Rişi Sunakın vəzifələrindən getməsindən sonra başlayıb. Onların getməsinə səbəb Boris Consonun cinsi qısnamada ittiham olunan deputat Kris Pinçerin hökumət postuna təyin edilməsi ilə bağlı qalmaqal olub.

BBC News-un məlumatına görə, iyulun 6-da hökumətin bir neçə yüksək vəzifəli üzvü Consonla görüşmək və ondan istefa verməsini xahiş etmək niyyətindədir.

Böyük Britaniyanın baş nazirinin özü bu postu tərk etmək fikrində olmadığını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ