Si Cinpin Putinin təklifindən imtina etdi

Çin sədri Si Cinpin RF prezidenti Vladimir Putinin Rusiyaya səfər etmək dəvətinə imtina edib.

Bu barədə Azad Asiya Radiosu (RFA) məlumat yayıb.

Qeyd olunur ki, Rusiya prezidenti diplomatik praktikaya uyğun Olimpiya Oyunlarına dəvətə cavab olaraq Çin sədrinə iyunun 15-də telefon danışığı zamanı səfər təklifi göndərib.

Lakin ÇXR sədri koronavirus pandemiyası əsas gətirərək Putinin təklifinə imtina cavabı verib.

Yaponiyanın “Yomiuri Shimbun” nəşri Çin hökumət mənbələrinə istinadən yazır ki, Putin ABŞ və Avropa ilə münaqişələrin daha da dərinləşməsinin qarşısını almaq üçün Si Cinpinin səfərindən istifadə etməyə ümid edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ