Moskvada iki azərbaycanlı faciəvi şəkildə ölüb

Moskvada iyulun 4-də iki azərbaycanlı faciəvi şəkildə ölüb.

Buta.media MK nəşrinə istinadən xəbər verir ki, ölənlər 20 yaşlı Eldar və onun dayısı, 28 yaşlı Rəcəbdir.

Belə ki, soyadı dəqiqləşdirilən Eldar iyulun 4-də Biryulovski gölməçəsində suya tullanıb və boğulmağa başlayıb. Əmisi ona kömək etmək istəsə də, özü də boğulub.

Sahildəki sahibsiz sənədlər və telefonlar insanların diqqətini cəlb edib və onlar hadisə yerinə xilasediciləri çağırıblar. 

Eldar və Rəcəbin cəsədləri sudan çıxarılıb. Hər iki şəxs Azərbaycanda dəfn olunacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ