Türkiyədə Ukrayna taxılını daşıyan Rusiyaya məxsus yük gəmisi saxlanılıb.
Bu barədə Reuters agentliyi Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnara istinadən məlumat yayıb.
“Biz [Türkiyə ilə] tam əməkdaşlıq edirik. Hazırda gəmi limanın girişində dayanıb, o, Türkiyə gömrük orqanları tərəfindən saxlanılıb”, - səfir bildirib.
Bodnar əlavə edib ki, Rusiya gəmisinin taleyi müstəntiqlərin bazar ertəsi, iyulun 4-də keçiriləcək iclasında həll olunacaq.