Kopenhagendə atışma: ölənlər var

Kopenhagendə ticarət mərkəzində baş verən atışma zamanı bir neçə nəfər həlak olub.

CNBC-nin məlumatına görə, bu barədə polis rəisi Soren Tomassen bəyan edib.

Onun sözlərinə əsasən, hadisə nəticəsində  daha bir neçə yaralanıb. Yaralıların və ölənlərin dəqiq sayı açıqlanmır.

Tomassen əlavə edib ki, şübhəli şəxs 22 yaşlı danimarkalıdır və onun motivləri hazırda məlum deyil. Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları atışmanın terror xarakterini də istisna etmirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ