Zelenski Ukrayna qoşunlarının Lisiçanskdan geri çəkilməsidən danışdı

Prezident Volodimir Zelenski bəyan edib ki, Ukrayna qoşunları taktika və müasir silahların tədarükü sayəsində Lisiçanska qayıdacaq. 

Buta.media-nın xəbərinə görə, o, bu barədə axşam videomüraciəti zamanı bildirib.

“Biz əsgərlərin, xalqımızın həyatını qoruyuruq. Divarları bərpa edəcəyik, torpağı geri alacağıq, lakin ən əsası insanları qorumaqdır. Və əgər ordu komandanlığı düşmənin üstün olduğu istiqamətdə hərbçiləri çıxarırsa (söhbət Lisiçanskdan gedir), bu, yalnız bir şey deməkdir - taktikamız və yeni silahların tədarükü sayəsində geri dönəcəyik”, - Ukrayna lideri qeyd edib.

Zelenski Ukraynanın heç kimə heç nə verməyəcəyinə əmin edib:

“Moskvada kimsə Luqansk vilayəti haqqında məlumat verəndə, qoy onlar fevralın 24-dən əvvəl, işğalın ilk günlərində, yazda və indi verdikləri vədləri və hesabatları xatırlasınlar. Bu müddət ərzində nəyə sahib olduqlarını və bunun üçün nə ödədiklərini qiymətləndirsinlər. Çünki hazırki hesabatlar da o vaxtkı hesabatlar kimi puç olacaq”, - deyə Zelenski bazar günü Rusiya prezidenti Vladimir Putinə bütün Luqansk vilayətinin “azad edilməsi” barədə məruzə edən RF müdafiə naziri Sergey Şoyquya cavab verib.

Zelenski əlavə edib ki, Ukrayna Xarkov və Xerson vilayətlərində, dənizdə tədricən irəliləyir.

“İlan adası buna yaxşı nümunədir. Elə bir gün olacaq ki, eyni sözləri Donbass haqqında da deyəcəyik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ