Ukrayna Rusiyanı vurdu: ölənlər var - VİDEO

Rusiyanın Belqorod şəhərinin Ukrayna tərəfindən atəşə tutulması nəticəsində üç nəfər həlak olub.

Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov öz Telegram kanalında məlumat verib.

Qladkovun sözlərinə görə, hadisə nəticəsində daha dörd nəfər xəsarət alıb. Onlardan ikisi - bir kişi və 10 yaşlı uşaq xəstəxanaya çatdırılıb. Kişinin vəziyyəti ağırdır. 

“İki nəfər yerində müayinə olunub. Bütün lazımi tibbi yardım göstərilir”, - deyə o əlavə edib.

Ümumilikdə şəhərdə Mayakovskaya, Miçurin, Çumiçov, Popov və Pavlov küçələrində 11 yaşayış binası dağılıb. Bundan əlavə, azı 39 fərdi evə ziyan dəyib, onlardan beşi tamamilə dağılıb. Qubernator sakinlərə hər cür köməklik göstəriləcəyinə əmin edib

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ