128-ci gün: Odessa raket atəşi altında, Dneprdə dəfnlər - fotolent

İyulun 1-nə keçən gecə Odessa vilayətində Rusiyanın raket hücumu nəticəsində bir neçə bina dağılıb, biri 12 yaşlı uşaq olmaqla 21 dinc sakin ölüb, daha 38 nəfər yaralanıb. 

Mariupol merinin müşaviri Pyotr Andryuşşenko bildirib ki, şəhərdə 100-dən çox insanın dəfn olunduğu yeni kütləvi məzarlıq aşkarlanıb. 

Qondarma Donetsk Xalq Respublikasında daha iki “britaniyalı muzdlu” Dilan Hill və Endryu Hillə qarşı ittiham irəli sürülüb. 

Donbasın şimalında, Lisiçansk yaxınlığında şiddətli döyüşlər davam edir. 

Odessa vilayəti

Odessa vilayətinin Serqeyevka qəsəbəsində istirahət mərkəzi raket atəşinə məruz qalıb

Oleksandr Gimanov / AFP / Scanpix / LETA

Xilasedicilər Serqeyevkada raket atəşi nəticəsində dağılan binadan ölən şəxsin meyitini çıxarırlar

Oleksandr Gimanov / AFP / Scanpix / LETA

Serqeyevkada raket atəşi nəticəsində dağılan bina

Konstantin Liberov / “Dəstək xidməti”

Serqeyevkada raket atəşi nəticəsində zərər görən çoxmərtəbəli yaşayış binası

Konstantin Liberov / “Dəstək xidməti”

Donbasın şimalı

Severodonetskə girişdə yanmış tank

Alexander Ermochenko / Reuters / Scanpix / LETA

79 yaşlı Lidiya Morozova və onun 54 yaşlı qızı Alla Severodonetskdə yaşayış evinin zirzəmisində gizləniblər

Alexander Ermochenko / Reuters / Scanpix / LETA

Meşə zolağında gizlənən tankın atəş anı

Scott Olson / Getty Images

Zaporojye vilayəti

Rusiyalı hərbçi Zaporojye vilayətində Melitopol rayonunun Akimovka qəsəbəsində arpa biçininə nəzarət edir

Aleksey Konovalov / TASS

Dnepr

Dneprdə qəbiristanlıqda 13 hərbçinin meyiti olduğu tabutlar

Paula Bronstein / Getty Images

Xarkov

Xarkov sakini Viktor Şevçenko müharibə zamanı dağılan evini göstərir

Evgeniy Maloletka / AP / Scanpix / LETA

Xarkovda dağılmış bina

Evgeniy Maloletka / AP / Scanpix / LETA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ