Dəniz qana boyandı: Akula qadının əl və ayaqlarını qopardı - VİDEO

Qırmızı dənizdə üzən qadına akula hücum edib.

Al Arabiya-nın məlumatına görə, hadisə Misirin Xurqada şəhərində baş verib. 

Nəşr bildirir ki, ölən 68 yaşlı Avstriya vətəndaşıdır. O Misirdə yaşayırdı və yerli sakinlə ailə həyatı qurmuşdu.

Akula hücum edərkən onun əl və ayaqlarını qoparıb. Qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisəyə görə çimərlik üç günlük bağlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ