İranda güclü zəlzələ: Ölənlər var - VİDEO

İranın cənubunda baş verən zəlzələ nəticəsində beş nəfər ölüb, daha 44 nəfər yaralanıb.

Buta.media-nın xəbərinə görə, bu barədə İranın Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Müctəba Xalidi məlumat verib.

Onun sözlərinə əsasən, xəsarət alanlardan 22 nəfəri xəstəxanaya çatdırılıb, daha 22 yaralıya isə yerindəcə tibbi yardım göstərilib.

Qeyd edilir ki, zəlzələnin maqnitudası 6,1 bal təşkil edib. Yeraltı təkanların episentri Bəndər Abbas şəhərindən 101 kilometr şimal-qərbdə 10 kilometr dərinlikdə yerləşirib

İlk yeraltı təkanlardan sonra afterşoklar qeydə alınıb, onlardan ən güclüsü 6,3 bal gücündə olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ