Ankara Yunanıstanla müharibəyə başlamağı planlaşdırmır.
Buta.media-nın xəbərinə görə, bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə və Yunanıstan arasında münaqişə ehtimalından danışarkən deyib.
Eyni zamanda, Ərdoğan Afinanın “sözlərinin arxasında durmadığına” işarə edərək, Yunanıstan tərəfindən Türkiyə hava məkanının 147 dəfə pozduqlarını xatırladıb.
“Qonşuluqda necə yaşayacağıq? Biz nə etməliyik? Mənim Hərbi Hava Qüvvələrim cavab verəcək. HHQ cavab verməsə, vətəndaşlar nə deyəcək? Onlar Hərbi Hava Qüvvələrimizin harada olduğunu soruşmayacaqlar?”, - deyə Ərdoğan sual edib və bildirib ki, bir çox ölkələr Türkiyə və Yunanıstanı barışdırmağa çalışır, lakin Ankara hələ belə bir ssenarini “nəzərdən keçirmir”.