Rusiya Odessa vilayətinə raket zərbələri endirdi: 17 nəfər öldü – VİDEO

Ukraynanın Odessa vilayətində Rusiya ordusunun doqquzmərtəbəli yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində 14 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, hadisə ötən gecə saat 01:00 radələrində Belqorod-Dnestrovski rayonunda baş verib.

Qurum bildirir ki, dağıntılar altından yeddi nəfər xilas edilib, onlardan üçü uşaqdır.

Bundan əlavə daha bir raket zərbəsi nəticəsində həmin rayonda üç və dörd mərtəbəli binalar dağılıb. Nəticədə biri uşaq olmaqla üç nəfər ölüb, daha bir nəfə isə yaralanıb.

Xilasetmə işləri davam edir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ