Tramp qərarı ilə ərəb dünyasını şoka saldı

ABŞ prezidenti Donald Tramp İsrailin Qolan təpələri üzərində suverenliyini tanınmasına dair sənəd imzalayıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Deklarasiya İsrailin baş naziri Binyamin Netanyahunun iştirakı ilə imzalanıb.

“Bu on illər əvvəl olmalı idi”, - Tramp deyib.

Onun sözlərinə görə, İsrail Qolan təpələrini 1967-ci ildə nəzarətə götürüb ki, özünü müdafiə etsin. 

Tramp qeyd edib ki, indi İsrailə İran və Suriyada olan terror qruplaşmalarından, o cümlədən “Hizbullah”dan müdafiə olunmaq lazımdır.

Öz növbəsində, Suriya XİN ABŞ-ın İsrailin Qolan təpələri üzərində suverenliyini tanınmasını Suriya Ərəb Respublikasının suverenliyinin kobud pozulması kimi qiymətləndirib.

Türkiyənin xarici işlər naziri Mölud Çavuşoğlu isə bildirib ki, ABŞ İsrailin Colan yüksəklikləri üzərində suverenliyini tanımaqla, yenidən beynəlxalq hüquqa etinasızlıq edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ