İyunun 29-da günorta saatlarında Volqoqradın Dzerjinski rayonunda faciə baş verib.
“Qorodskiye vesti” saytı yazır ki, İstoriçeskaya küçəsində yerləşən 140 saylı 16 mərtəbəli yaşayış binasının pəncərələri altında üç nəfərin – gənc qadın və iki azyaşlı uşağın meyiti tapılıb.
Beş və yeddi yaşlı oğlan və qız uşağı yaşayış binasının giriş qapısının üstünə, Qadın hündürmərtəbəli binanın girişindəki səkiyə çırpılıb. Onların hər üçün aldıqları xəsarətlərdən hadisə yerində keçiniblər.
Faktla bağlı cinayət işi açılıb. Qeyd olunur ki, ölən qadın əslən azərbaycanlıdır.
Onun və uşaqların bütün Volqoqradda dəfn ediləcəyi və ya cənazələrin vətənlərinə, Azərbaycana aparılacağı ilə bağlı hələ ki, qərar verilməyib.