Türkiyədə meymunçiçəyinə ilk yoluxma aşkarlanıb

Türkiyədə meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb.

Buta.media xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Tvitter” səhifəsində bildirib.

Qeyd edək ki, “meymunçiçəyi” çiçək virusu ilə struktur olaraq əlaqəlidir və oxşardır. Xəstəliyə ilk dəfə 1970-ci ildə Demokratik Konqo Respublikasında rast gəlinib. 2016-cı ildən bəri təsdiqlənmiş hallar son vaxtlar daha çox Mərkəzi Afrika Respublikası, Konqo Respublikası və Nigeriyada rast gəlinir. 2017-ci ilin sentyabrından bəri Nigeriyanın 32 ştatında 558 xəstə aşkarlanıb, 8 nəfər ölüb. Xəstəliyin 20 dəfə artmasının səbəbini 1980-ci ildə çiçək xəstəliyinə qarşı peyvəndin dayandırılması ilə əlaqələndirirlər.

Virusun inkubasiya dövrü 7-19 gündür. Xəstəlik heyvandan insana əsasən, heyvanın insan bədənini cızması, qanı və ya havadakı tənəffüs damcıları vasitəsilə ötürülə bilər. Lakin insandan insana keçməsi halları da müşahidə edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ