Putin Ukraynadakı müharibənin son məqsədini açıqlayıb

RF prezidenti Vladimir Putin Rusiya ilə Ukrayna arasında müharibənin gedişatını şərh edərkən bu məsələ ilə bağlı mövqeyini təsdiqləyib.

Onun sözlərini TASS nəşri sitat gətirib.

Putin qeyd edib ki, “xüsusi əməliyyat”ın məqsədləri – “Donbasın mühafizəsi” və Rusiyanın təhlükəsizliyinə zəmanət verən şəraitin yaradılmasıdır, lakin məqsədlərə çatmaq üçün taktika fərqli ola bilər.

Rusiya lideri RF qoşunlarının irəlilədiyini və məqsədlərinə çatdığını bildirib və əlavə edib ki, peşəkarlara güvənir. O həmçinin izah edib ki, Rusiya komandanlığı ilk növbədə öz döyüşçülərinin həyatını xilas etmək barədə düşünür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ