Ukrayna Mariupol döyüşçülərini qaytardı

Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsi aparıb, 144 ukraynalı müdafiəçi azad edilib.

Bu haqda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin teleqram kanalı məlumat yayıb.

“Daha bir əsir mübadiləsi aparılıb, bunun sayəsində 144 ukraynalı müdafiəçi vətənə qayıdıb. Bu, Rusiyanın tammiqyaslı işğalından bəri ən böyük mübadilədir. 144 nəfərdən 95-i “Azovstal”ın müdafiəçiləridir. Onların arasında Azov alayının 43 hərbçisi də var”, - məlumatda qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ