Solovyov Azərbaycandan üzr istədi - VİDEO

Rusiyalı jurnalist Vladimir Solovyov “Dağlıq Qarabağın xarici işlər naziri” kimi təqdim etdiyi David Babayanı efirə buraxdığına görə Azərbaycandan üzr istəyib.

Böyük siyasi səhvə yol verdiyini etiraf edən Solovyov, Qafqazda baş verən çox mürəkkəb sistemdə qüvvələr balansını pozduğunu bildirib.

“Əgər Qarabağ təmsilçisinə söz verirəmsə, o zaman balansı saxlamaq və bunu düzgün etmək üçün dərhal Azərbaycan təmsilçisini çağırmalıyam”, - deyə o bildirib.

Aparıcı qeyd edib ki, bunu mərhələli şəkildə etmək istəyib, lakin alınmayıb. 

O, hazırda Azərbaycan tərəfindən şərh almağı çətin olduğunu burğulayıb.

“Təəssüf ki, asan deyil. Soruşdum, amma digər tərəf müsahibənin yayımlanmasını pislədi. Üstəlik, bir daha demək istəyirəm ki, mən Rusiya-Azərbaycan münasibətlərinin indi oynadığı rolu yaxşı başa düşürəm və bu münasibətlər sisteminə nifaq salmamağın nə qədər vacib olduğunu başa düşürəm.

Mən bir dəfə Azərbaycan prezidenti ilə danışmaq şərəfinə nail olmuşam, 44 günlük müharibədən sonra belə söhbətlər olmayıb. Bir daha təkrar edirəm, Azərbaycan tərəfinin öz sözünü deməsi üçün istənilən səviyyədə efir vaxtı verməyə hazıram və təbii ki, ilk növbədə bu regionda sülh və əmin-amanlığı yüksək qiymətləndirirəm”, - deyə o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ