İyunun 28-də Kremençuqda azı 20 nəfərin həlak olduğu “Amstor” ticarət mərkəzinin raket atəşinə tutulmasından sonra BMT Təhlükəsizlik Şurası təcili iclasa toplanıb.
Ukrayna prezidenti Volodimir Zelenski iclasda çıxış edərək, Rusiyanın terroçuluğun sponsoru elan edilməsini tələb edib.
Odessa

Ukrayna ordusunun Odessa yaxınlığındakı səhra düşərgəsi
Leszek Szymanski / EPA / Scanpix / LETA
Kremençuk

İyunun 27-də “Amstor” ticarət mərkəzinin supermarketində yanmış rəflər
Genya Savilov / AFP / Scanpix / LETA

Rusiyanın atdığı raket atəşindən sonra “Amstor” ticarət mərkəzinin dağıntıları
Oleq Petrasyuk / EPA / Scanpix / LETA

İnsanlar Rusiyanın atdığı raket atəşi nəticəsində dağılan ticarət mərkəzinin qarşısına toplaşıb. G7 liderləri çərşənbə axşamı, iyunun 28-də yaydıqları birgə bəyanatda bu hücumu müharibə cinayəti adlandırıblar.
Oleq Petrasyuk / EPA / Scanpix / LETA

Rusiya hücumunun qurbanlarından birinə tibbi yardım göstərilir
Oleq Petrasyuk / EPA / Scanpix / LETA
Xarkov

Könüllülər xaç altında “naməlum” işarəsi ilə basdırılmış Rusiya əsgərinin qalıqlarını çıxarmağa kömək edirlər
Leah Millis/Reuters/Scanpix/LETA

Xilasedicilər Rusiyanın raket zərbəsi nəticəsində dağılan məktəb binasının dağıntılarını təmizləyir
Sergey Bobok / AFP / Scanpix / LETA

Cəbhə xəttinə yaxın ərazidə yaşayan Xarkov sakinləri könüllülərin hazırladığı yeməklər üçün növbəyə dururlar
Sergey Kozlov / EPA / Scanpix / LETA
Kiyev

Getman Petro Sahaydaçnıy abidəsi qəlpələrdən qorunmaq üçün qum torbaları ilə örtülüb
Endryu Kravçenko / Bloomberg / Getty Images

Kiyevlilər şəhərin küçələrində tank əleyhinə kirpilərin yanından keçirlər
Endryu Kravçenko / Bloomberg / Getty Images





