Moldova ölkənin 1944-cü ildə SSRİ tərəfindən işğal olunduğunu bəyan edib


Moldova Mədəniyyət Nazirliyi 1944-cü ildə respublikanın faşistlərdən azad edilməsini sovet işğalı adlandırıb.

Bu barədə nazirliyin “Facebook” səhifəsində dərc olunmuş məlumatda deyilir.

Məlumatda bildirilir ki, 1940-cı ildə SSRİ o vaxt Rumıniya dövlətinin ərazisi olan Bessarabiya və Şimali Bukovinanı işğal edib və Sovet hakimiyyəti burada kommunist rejimi qurub.

Eyni zamanda departament qeyd edib ki, bu bölgələrin ruslaşdırılması ziyalıların təqib edilməsinə, eləcə də moldovalıları bir millət kimi xarakterizə edən adət-ənənələrin və dəyərlərin ləğv olunmasına yönəlib.

Nazirlik həmçinin tarixi məlumatlara istinad edərək aydınlaşdırıb ki, Sovet işğalının iki dövründə, 1940 və 1944-cü ildən sonra Bessarabiyada milyon yarımdan çox insan həlak olub

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ