Finlandiya prezidenti Sauli Niinistenin ofisi bəyan edib ki, Türkiyə Madriddə keçirilən sammitdə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə qərar alıb.
Reuters-in məlumatına görə, tərəflər Madriddə danışıqlardan sonra birgə bəyanat imzalayıblar.
İmzalanma mərasimi danışıqlardan sonra prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. Türkiyə tərəfindən sənədi XİN rəhbəri Mövlüd Çavuşoğlu imzalayıb.
Finlandiya lideri bəyan edib ki, o alyansa üzvlüyə yolda “Türkiyə mərhələsini” keçdiklərinə görə xoşbəxtdir.
Qeyd edək ki, bundan əvvəl İsveçin xarici işlər naziri Ann Linde bildirib ki, ölkəsinin NATO-ya üzvlüyə yolda Türkiyə ilə danışıqlarda irəliləyiş əldə olunub.