Gürcüstan buğda ixracına qadağa qoydu

Gürcüstan hökuməti iyulun 4-dən yerli istehsal olan buğda və arpanın ixracına qadağa tətbiq edəcək.

Buta.media-nın xəbərinə görə, bu barədə Gürcüstan ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qərar ölkədə buğda defisitinə yol verməmək məqsədi daşıyır.

Qadağa bir il müddətində - 2023-cü ilin iyulun 4-dək qüvvədə olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ