ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev Amerika tərəfinin Qarabağı müzakirə etmək dəvətini qəbul etməyib. Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu özünün “Twitter” səhifəsində məlumat yayıb.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri həmkarları ilə müzakirələrin təşkili ilə bağlı danışıb.
“Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz Minsk qrupunun işini davam etdirməsini səbirsizliklə gözləyirik”, - deyə məlumatda bildirilir.